Əsas məzmuna keç

İslamabadda müxalifətin etirazları zamanı azı 12 nəfər ölüb

İslamabadda müxalifətin etirazları zamanı azı 12 nəfər ölüb

bu barədə "Geo" telekanalı məlumat yayıb. Məlumata görə, Pakistan hüquq-mühafizə orqanları şəhərin mərkəzi rayonlarını hədəf alan müxalifət...

İslamabadda Hərəkatı partiyasının təşkil etdiyi etirazçılarla toqquşmalarda 10-u hüquq-mühafizə orqanlarının əməkdaşı olmaqla azı 12 nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Geo" telekanalı məlumat yayıb.

Məlumata görə, Pakistan hüquq-mühafizə orqanları şəhərin mərkəzi rayonlarını hədəf alan müxalifət tərəfdarlarından ibarət karvanın irəliləməsini cilovlamaq və iğtişaşları yatırmaq üçün səy göstərir.

Toqquşmalar zamanı 100-dən çox əməkdaşının yaralandığı və bəzilərinin vəziyyətinin ağır olduğu da bildirilir.

Öz növbəsində Pakistan Nazirlər Kabinetinin rəhbəri Şahbaz Şərif etiraz aksiyalarında iştirak edən müxalif Ədalət Hərəkatı partiyasının tərəfdarlarının ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlarını pisləyib. həlak olan hüquq-mühafizə orqanlarının əməkdaşlarının ailələrinə başsağlığı verib və günahkarların məsuliyyətə cəlb olunmasını istəyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…