Operativ Məlumat Mərkəzi

İslamabadda Almaniya səfirliyinin müşaviri ölü tapılıb

2 dəq
Paylaş:
İslamabadda Almaniya səfirliyinin müşaviri ölü tapılıb
bu barədə “Bild” qəzeti yazır. Qeyd olunur ki, Tomas B. diplomat hesab olunurdu, halbuki əslində Almaniyanın Federal Kəşfiyyat Xidmətinə (BND) işləyirdi....

Almaniyanın Pakistandakı səfirliyinin müşaviri Tomas B. İslamabaddakı mənzilində ölmüş halda tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə “Bild” qəzeti yazır.

Qeyd olunur ki, Tomas B. diplomat hesab olunurdu, halbuki əslində Almaniyanın Federal Kəşfiyyat Xidmətinə (BND) işləyirdi.

Müşavirin iki gün səfirliyə gəlməməsi və zənglərə cavab verməməsi ilə əlaqədar missiyanın iki əməkdaşı onun yaşadığı yerə göndərilib. Əməkdaşlar mənzildə həmkarlarının meyitini tapıblar.

“Bild” qeyd edir ki, Thomas B.-nin ürəyində problemlər var idi və bunun onun ölümünə səbəb ola biləcəyi istisna edilmir. O, 3,5 il idi ki, İslamabaddakı missiyanın müşaviri vəzifəsində çalışırdı.

"Təəssüf ki, biz həmkarımızın ölümünü təsdiqləmək məcburiyyətindəyik ", - Almaniya Xarici İşlər Nazirliyindən nəşrə bildirilib. “Bild”in məlumatına görə, Thomas B. uzun müddət Almaniya kəşfiyyat xidmətinə işləyib və çox təcrübəli əməkdaş hesab olunurdu.

Bu xəbəri paylaş

Oxşar xəbərlər