İrəvan şəhərinin mərkəzində yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən mağazada yanğın baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Newsarmenia” məlumat yayıb.
Məlumata görə, Fövqəladə Hallar Xidmətinin iki briqadası hadisə yerinə cəlb olunub və yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.