Əsas məzmuna keç

İraqda silahlar yalnız dövlət nəzarətində olacaq

İraqda silahlar yalnız dövlət nəzarətində olacaq

İraq hökuməti Haşdi Şabi və digər qruplaşmaların silahlarını təhvil verməsini hədəfləyir. Baş nazir Əl-Zeydi ölkədəki xaosu bitirəcək yeni qanun barədə nə dedi?

en ru

İraqın Əli əl-Zeydi silahların yalnız dövlətin nəzarətində olmasını nəzərdə tutan qanun layihəsinin hazırlanması barədə göstəriş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, ölkədə silahların dövlət nəzarətinə keçirilməsinə dair qanun layihəsinin konstitusion prosedurlara uyğun şəkildə hazırlanması barədə göstəriş verib.

Əl-Zeydi bildirib ki, dövlət üçün ən ciddi təhdidlərdən biri nəzarətsiz silahlardır.

Onun sözlərinə görə, dövlət nəzarətindən kənarda olan silahlar hüququn aliliyini zəiflədir və təhlükəsizlik qurumlarının nüfuzuna xələl gətirir.

Baş nazir İraqın təhlükəsizliyinin, əhalinin rifahının və ölkənin imkanlarının qorunması üçün iqtisadi, siyasi və təhlükəsizlik sabitliyi ilə əlaqəli daxili sabitliyin təmin edilməsində dövlətin mövqeyinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

O, həmçinin icra və qanunverici hakimiyyət orqanları arasında koordinasiya və əməkdaşlığın artırılmasının zəruriliyini qeyd edib. Əl-Zeydi sabitliyin möhkəmləndirilməsi, qanunların qəbul edilməsi, eləcə də hökumətin inkişaf planları və proqramlarının hüquqi əsaslarının yaradılmasının vacibliyini diqqətə çatdırıb.

İraq Silahlı Qüvvələri Baş Komandanlığının sözçüsü Sabah ən-Numan iyunun 3-də silahların dövlət nəzarətinə keçirilməsi məqsədilə komitə yaradıldığını və komitənin fəaliyyətə başladığını açıqlamışdı.

Qeyd edək ki, İraqda dövlət qurumlarından kənarda olan silahlı qruplar uzun müddətdir ölkənin əsas təhlükəsizlik və siyasi problemlərindən biri hesab olunur. Bu qrupların bir hissəsi Xalq Səfərbərlik Qüvvələrinin (Haşdi ) tərkibində, digərləri isə müstəqil şəkildə fəaliyyət göstərir.

İraq hökuməti daxili sabitliyi gücləndirmək və regional gərginliyin ölkəyə təsirlərinin qarşısını almaq məqsədilə üzərində müstəsna dövlət nəzarətini təmin etməyə və təhlükəsizlik qurumlarının səlahiyyətlərini möhkəmləndirməyə çalışır.

Hökumət silahlı qrupların silahlarını dövlətə təhvil verməsi və silah üzərində dövlət monopoliyasının təmin edilməsi prosesinin sentyabrın sonunadək başa çatdırılmasını hədəfləyir. Rəsmi açıqlamalara görə, bu müddət beynəlxalq koalisiyanın İraqdakı missiyasının başa çatması ilə də üst-üstə düşür.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…