Operativ Məlumat Mərkəzi

İraqda PKK ilə bağlılığı olan üç partiyanın fəaliyyəti qadağan edilib

1 dəq
Paylaş:
İraqda PKK ilə bağlılığı olan üç partiyanın fəaliyyəti qadağan edilib
bu barədə İraq Ali Məhkəmə Şurasının qərarında bildirilib. Məlumata görə, İraq Milli Təhlükəsizlik Müşavirliyinin tələb və şikayəti əsasında PKK terror...

İraqda PKK terror təşkilatı ilə əlaqədə olmuş üç partiyanın fəaliyyəti qadağan edilib və onlara məxsus əmlak müsadirə olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə İraq Ali Məhkəmə Şurasının qərarında bildirilib.

Məlumata görə, İraq Milli Təhlükəsizlik Müşavirliyinin tələb və şikayəti əsasında PKK terror qruplaşması ilə əlaqəli Yezidilər Demokrat və Azadlıq Partiyası, Demokratik Mübarizə Cəbhəsi Partiyası və Azad Yurd Partiyasının fəaliyyətləri qadağan edilib. Eyni zamanda, həmin təşkilatlara məxsus əmlak da müsadirə edilib.

Xatırladaq ki, 2024-cü ilin mart ayında İraq hökuməti PKK terror qruplaşmasını qanundankənar elan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər