ABŞ Məxfi Xidmətinin agentləri Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa sui-qəsdin təkrarlanacağından qorxurlar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Missuri ştatını təmsil edən senator Coş Hauli "Fox News"a belə deyib.
"Aydındır ki, Məxfi Xidmət agentləri bunun yenidən baş verməsindən çox qorxurlar. Biz bunun bir daha baş verməsinə imkan verə bilmərik", - deyə senator agentlikdəki mənbələrə istinadən bildirib.
Onun fikrincə, problemin kökündə xidmət rəhbərliyinin “çürükləri təmizləmək üçün tədbir görməməsi” göstərilir.