Əsas məzmuna keç

İranlı haker qrupu ABŞ-yə kiberhücumları dayandırdı

İranlı haker qrupu ABŞ-yə kiberhücumları dayandırdı

Tehranın dəstəklədiyi virtual dəstələr Vaşinqton hədəflərinə qarşı kiber əməliyyatları bitirir. Qəfil qərarın pərdəarxası və təhlükəsizlikdəki yeni gəlişmələr burada.

en ru

İranla əlaqəli olduğu bildirilən qrupu ABŞ-yə qarşı kiberhücumları dayandıracağını bəyan edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Bildirilib ki, “Handala” kimi tanınan qrup atəşkəsdən sonra ABŞ-yə qarşı əməliyyatları dayandırmaq qərarı verib, lakin teleqram kanalında yaydığı açıqlamada qeyd edib ki, yüksək rəhbərlikdən ilə açıq qarşıdurmanı dayandırmaq barədə göstəriş alıb. Bununla yanaşı, Amerika infrastrukturunu hədəf almaq imkanlarının hələ də mövcud olduğu vurğulanıb.

Açıqlamada həmçinin bildirilib ki, İsrailə qarşı əməliyyatlar davam etdiriləcək və “kiber müharibə”nin hər hansı hərbi atəşkəslə başa çatmayacağı qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…