Əsas məzmuna keç

İranlı deputat: ABŞ-nin regional məsələlərə müdaxilə dövrü başa çatıb

İranlı deputat: ABŞ-nin regional məsələlərə müdaxilə dövrü başa çatıb

İran parlamentinin komitə sədri İbrahim Əzizi ABŞ-ın regiondakı hərbi mövcudluğunu tənqid edərək, rəsmi Tehranın bölgədəki strateji maraqlarını müdafiə edib.

en ru

İran İslam Respublikası Parlamentinin Milli Təhlükəsizlik və Komissiyasının sədri ABŞ-nin regiondakı roluna dair açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bildirib ki, Vaşinqtonun regional proseslərə müdaxilə etdiyi dövr artıq geridə qalıb və “məğlubiyyətlə üzləşən tərəflərin” bölgəyə qayıtmaq cəhdləri nəticə verməyəcək.

Strateji əhəmiyyətə malik Hürmüz boğazına toxunan komissiya sədri bu ərazini İranın dövlət suverenliyinin ayrılmaz hissəsi kimi xarakterizə edib. Onun sözlərinə görə, boğazın idarə olunması tam şəkildə İran İslam Respublikasının nəzarətində olmalıdır.

İbrahim Əzizi Livanın təhlükəsizlik məsələsinə də münasibət bildirib. O qeyd edib ki, ölkənin sabitliyi müqavimət qüvvələrinin tərksilahı ilə deyil, İsrailin işğal və təcavüz siyasətinə son qoyulması ilə təmin oluna bilər.

O, əvvəlki açıqlamalarına da istinad edərək bildirib ki, ABŞ-nin regional ssenarilərinə güvənmək Yaxın Şərq ölkələrinin sabitliyinə zərər vurur və hərbi bazalarının bir çox hallarda müdafiədən daha çox təhlükə mənbəyinə çevrildiyini iddia edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…