İranın xarici işlər naziri Seyid Abbas Araqçı və Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan arasında bazar ertəsi səhər saatlarında telefon danışığı baş tutub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbə verir ki, tərəflər regionda cərəyan edən son hadisələri və təhlükəsizlik məsələlərini ətraflı şəkildə müzakirə ediblər.
Məlumata görə, nazirlər arasında aparılan dialoq zamanı bir sıra vacib mövzulara toxunulub:
- İran silahlı qüvvələrinin aprelin 8-də əldə olunmuş atəşkəs rejiminin pozulmasına verdiyi cavab tədbirləri;
- İsrailin Livan və regionun digər ərazilərinə qarşı davam edən hərbi əməliyyatları;
- Regional sabitliyin bərpası üçün diplomatik səylərin gücləndirilməsi.
Bu telefon danışığı, Yaxın Şərqdə baş verən son siyasi və təhlükəsizlik dəyişiklikləri fonunda regional dövlətlər arasında davam edən diplomatik məsləhətləşmələrin bir hissəsi kimi qiymətləndirilir.