Əsas məzmuna keç

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb

Sərhədçilər İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətindən...

Sərhədçilər İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Xidmətindən () məlumat verilib.

Bildirilib ki, fevral ayının 19-da saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Respublikası istiqamətində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması müşahidə edilib.

Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq sərhəd pozucuları tabe olmayıb, havanın qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə, İran ərazisinə qaçıblar.

Aparılmış axtarış tədbirləri nəticəsində ərazidən ümumi çəkisi 15 kq 600 qram marixuana, 30 ədəd Prostahealth və 1000 ədəd güclü təsiredici vasitə hesab edilən Metadon M-40 həbləri aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…