Operativ Məlumat Mərkəzi

İranda matəm elan olunub

1 dəq
Paylaş:
İranda matəm elan olunub

İran rəhbərliyi Kirman şəhərində Sahib əz-Zaman məscidi yaxınlığında törədilən terror aktı ilə əlaqədar matəm elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ardıcıl 2 partlayışda 103 nəfər ölüb, əksəriyyətinin vəziyyəti ağır olmaqla 211 nəfər yaralanıb.

Partlayışlar İslam İnqilabı Keşikçiləri Ordusu Qüds Qüvvələrinin keçmiş komandanı general Qasim Süleymaninin ildönümü mərasimində törədilib.

Şahidlərin sözlərinə görə, partlayıcılar tullantı qutularına yerləşdirilib.Kirman şəhəri rəsmiləri hadisənin terror aktı olduğunu deyiblər.

Lakin hücuma görə heç kim məsuliyyəti üzərinə götürməyib.

Qasim Süleymani 2020-ci ildə İraqda Amerika hərbi qüvvələrinin xüsusi əməliyyatı zamanı dron zərbəsi ilə öldürülüb. O, İranda ali dini lideri Əli Xamaneidən sonra ikinci ən nüfuzlu şəxs hesab olunurdu.

Bu xəbəri paylaş

Oxşar xəbərlər