Əsas məzmuna keç

İran ABŞ-yə sərt mesaj verdi: "Sarsıdıcı cavab veriləcək"

İran ABŞ-yə sərt mesaj verdi: "Sarsıdıcı cavab veriləcək"

İran Silahlı Qüvvələri ABŞ-ın ölkənin cənubundakı hədəflərə endirdiyi zərbələri terror aktı kimi qiymətləndirərək, buna sərt cavab veriləcəyini açıqlayıb.

en ru

İran Silahlı Qüvvələrinin komandanlığı ABŞ-nin ölkənin cənub bölgələrində hədəflərə endirdiyi zərbələri kəskin şəkildə pisləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İran mediasının yaydığı məlumata görə, rəsmi bəyanatda ordusunun öhdəliklərini pozduğu və hücumun Ayətullah Əli Xameneinin vida mərasimi keçirilən vaxta təsadüf etdiyi bildirilib.

bu addımı beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirib.

Bəyanatda Hörmüz boğazı ilə bağlı da xəbərdarlıq yer alıb. İran tərəfi bildirib ki, boğazdan keçən ticarət gəmiləri və neft tankerləri üçün təhlükəsiz marşrut yalnız İran İslam Respublikasının müəyyən etdiyi istiqamətdir. Rəsmi Tehran Hörmüz boğazının idarə olunmasına və bölgədəki proseslərə kənar müdaxiləyə yol verilməyəcəyini vurğulayıb.

İran Silahlı Qüvvələrinin komandanlığı ABŞ-nin hücumuna "sarsıdıcı cavab" veriləcəyini də bəyan edib. Açıqlamada qeyd olunub ki, Tehran baş verənləri "qlobal təkəbbürün məğlubiyyəti" kimi qiymətləndirir və ölkənin suverenliyini qorumaq əzmində olduğunu bir daha bəyan edir.

ABŞ tərəfi isə İranın bu bəyanatına münasibət bildirməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…