İranda baş verən kütləvi iğtişaşlar nəticəsində 3 700-dən çox insan xəsarət alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı ölkə parlamentinin (Məclis) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Ebrahim Əzizi paylaşıb.
Komitə sədrinin sözlərinə görə, iğtişaşlar zamanı dövlət və ictimai mülkiyyətə ciddi ziyan vurulub.
Qeyd edək ki, İrandakı etiraz dalğası dekabrın 29-da milli valyuta olan rialın kəskin ucuzlaşması fonunda başlayıb və qısa müddətdə ölkənin əksər iri şəhərlərinə yayılıb.