İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 36-ya çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ILNA-ya müsahibəsində İslami Şura Məclisinin Səhiyyə və Tibbi Xidmətlər Komissiyasının üzvü Məhəmməd Camalian deyib.
Bundan əvvəl ölü sayı 28 nəfər təşkil edirdi.
***
İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Press TV” agentliyi məlumat yayıb.
Bundan əvvəl ölü sayı 25 nəfər təşkil edirdi.
***
İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb.
***
İranın Şəhid Rəcai limanında baş vermiş partlayışda yaralananların sayı 1 139 nəfərə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani sosial şəbəkədə məlumat yayıb.
“Şəhid Rəcai Limanında vəziyyət nəzarət altındadır. Tibb müəssisələrində 1 139 nəfər var. Onların bir hissəsi hava yolu ilə Şiraz və Luristana aparılıb”, – hökumət sözçüsü bildirib.
***
İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 8-ə çatıb, 750-dən çox insan yaralanıb.
***
İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi Mehrdad Həsənzadə IRIB telekanalının efirində bildirib.
"Partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb. Xəsarət alanların sayı artmaqda davam edir, lakin bir çoxları yardım aldıqdan sonra tibb müəssisələrini tez tərk edirlər", - Həsənzadə qeyd edib.
Onun sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır, bütün xidmətlər işləyir, yanğınların söndürülməsi üçün əraziyə qonşu əyalətlərdən bir neçə helikopter göndərilib.
Qeyd edək ki, partlayış nəticəsində xəsarət alanların sayı 700 nəfəri ötüb.
***
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516-ya çatıb.
***
İranın Şəhid Rəcai limanında baş verən partlayışda xəsarət alanların sayı 406 nəfərə çatıb.
***
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
***
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 115 nəfərə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, xəsarət alan 115 nəfər xəstəxanalara yerləşdirilib.
***
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 80-ə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
***
İranın Şəhid Rəcai limanında baş verən partlayışda ilkin məlumata görə, 47 nəfər yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
***
İranın cənubundakı Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında güclü partlayış baş verib.