Əsas məzmuna keç

İranda Əli Xameneinin ölümü ilə bağlı kütləvi matəm mərasimləri keçirilir

İranda Əli Xameneinin ölümü ilə bağlı kütləvi matəm mərasimləri keçirilir

İranın ali rəhbəri ayətullah Əli Xameneinin ABŞ və İsrailin hücumu nəticəsində həlak olduğu bildirilir.

en ru

İranın ali rəhbəri Əli Xameneinin ölüm xəbərindən sonra ölkə daxilində kütləvi mərasimləri başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" İran dövlət televiziyasına istinadən xəbər verir ki, Xameneinin və İsrailin birgə hücumu nəticəsində həyatını itirdiyini rəsmən təsdiqləyib.

"Tasnim" agentliyinin yaydığı məlumata görə, ali rəhbər fevralın 28-i səhər saatlarında öz ofisində qətlə yetirilib.

"Fars" agentliyi isə bildirir ki, hücum zamanı ilə yanaşı, onun ailəsinin dörd üzvü, o cümlədən qızı da həlak olub.

Hadisə ilə bağlı ölkənin bütün məscidlərində matəm bayraqları qaldırılıb. Küçələrə axışan minlərlə iranlı ali rəhbərin qətlinə görə qisas çağırışları edir.

Məlumata görə, fevralın 28-də ABŞ və İsrail qüvvələri Tehran da daxil olmaqla İranın müxtəlif bölgələrinə silsilə zərbələr endirib.

Hücumlar nəticəsində ciddi dağıntıların olduğu və mülki şəxslərin həlak olduğu bildirilir.

Buna cavab olaraq İran tərəfi İsrail ərazisinə və ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinə raket zərbələri endirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…