Operativ Məlumat Mərkəzi

İranda daha 11 nəfər spirtli içkidən zəhərlənib

1 dəq
Paylaş:
İranda daha 11 nəfər spirtli içkidən zəhərlənib

İranın Hörmüzqan vilayətində də saxta spirtli içkidən zəhərlənmə halları qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Hörmüzqan vilayətinin Hacıabad şəhərində 11 nəfər saxta spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, zəhərlənənlərin sayının artması ehtimalı ilə əlaqədar vilayətin bütün xəstəxanaları tam hazırlıq vəziyyətinə gətirilib. Bundan əlavə, Qərbi Azərbaycan vilayətinin Sərdəşt şəhərində 7 nəfər saxta spirtli içkidən zəhərlənib. Sərdəştdə İmam Xomeyni xəstəxanasına yerləşdiriliblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər