Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran: ABŞ-nin hərbi bazalarına ev sahibliyi edən ölkələr təcavüzə şərik olur

3 dəq
Paylaş:
İran: ABŞ-nin hərbi bazalarına ev sahibliyi edən ölkələr təcavüzə şərik olur

İran ABŞ və İsrailin fəaliyyətlərinə verən ölkələri hüququ pozmaqda ittiham edib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik konfransında regional gərginlik və beynəlxalq münasibətlərlə bağlı geniş açıqlamalar verib.

Bəqayi Bolqarıstanın ABŞ və İsrailin İrana qarşı hərbi fəaliyyətlərinə dəstək verməsini sərt tənqid edib. O, ABŞ-yə məxsus “KC-135” yanacaqdolduran təyyarələrin Bolqarıstan ərazisindən istifadə etməsi ilə bağlı xəbərlərə toxunaraq, bunun ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzünə dəstək kimi qiymətləndirildiyini bildirib.

İran rəsmisi vurğulayıb ki, öz ərazilərini və hərbi bazalarını təcavüzkar tərəflərin istifadəsinə verdikdə vəziyyət fərqlənir. Bəqayi İranın öz varlığını və ərazi bütövlüyünü qorumaq üçün istənilən təcavüzkar hərəkətin mənbəyini hədəf almaq hüququna malik olduğunu bildirib.

ABŞ-nin İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları “iqtisadi terrorizm” adlandıran Bəqayi bu tədbirlərin İran xalqını cəzalandırmağa yönəldiyini deyib. O, həmçinin dəniz blokadasının təcavüzkar hərəkət olduğunu və Vaşinqtonun digər ölkələri İranla ticarəti dayandırmağa məcbur etməsinin beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.

Hürmüz boğazından keçən neftin həcmi ilə bağlı ABŞ rəsmilərinin açıqlamalarını da rədd edən Bəqayi bu rəqəmlərin psixoloji müharibənin bir hissəsi olduğunu bildirib.

İran rəsmisi Tehran və Oman arasında Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı danışıqların aparılacağını açıqlayıb. O, dəniz yollarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Bəqayi İsrailin Suriyaya qarşı hücumlarını da tənqid edərək, bunu “Böyük İsrail” layihəsinin bir hissəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, Suriyanın özünü müdafiə etmək hüququ var və bu cür hücumlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə