Əsas məzmuna keç

İran: ABŞ ilə əldə olunan razılaşmada 60 günlük müddət yoxdur

İran: ABŞ ilə əldə olunan razılaşmada 60 günlük müddət yoxdur

İran rəsmisi Bəqayi, ABŞ ilə imzalanan razılaşma sənədində 60 günlük bir müddətin nəzərdə tutulmadığını və ölkəsinin heç bir təzyiq altında siyasət yürütmədiyini bəyan edib.

en ru

İran ilə əldə olunan razılaşmada 60 günlük müddətin ultimatum xarakteri daşımadığını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik mətbuat konfransında ABŞ ilə əldə olunan razılaşma sənədinə aydınlıq gətirib.

Bəqayi bildirib ki, sənəddə “60 günlük müddət” adlı xüsusi bənd yoxdur və Tehran dövlət siyasətini heç bir xarici , ultimatum və ya zaman məhdudiyyəti əsasında müəyyən etmir.

Onun sözlərinə görə, razılaşmada qeyd olunan 60 günlük müddət sanksiyaların ləğvi və nüvə fəaliyyəti ilə bağlı iki əsas istiqamətdə danışıqların aparılması üçün nəzərdə tutulan zaman çərçivəsidir.

İran rəsmisi razılaşmanın imzalanmasından qısa müddət sonra ABŞ-nin sənədin şərtlərini açıq şəkildə pozduğunu iddia edib. Bəqayi məhz bu səbəbdən danışıqların başlamadığını və proses həyata keçirilmədiyi üçün 60 günlük müddətin də artıq qüvvəsini itirdiyini bildirib.

Qeyd edək ki, İran və ABŞ arasında iyunun 17-də Pakistanın paytaxtı İslamabadda anlaşma memorandumu imzalanıb. Hazırda Tehran danışıqların bərpası üçün müəyyən şərtlər irəli sürür.

Bununla yanaşı, ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni iqtisadi məhdudiyyətlər və ətrafında artan gərginlik beynəlxalq gündəmdə əsas müzakirə mövzuları olaraq qalır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…