İranın neft naziri Mohsen Paknejad Rusiyadan qaz idxalında maraqlı olduqlarını bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazir iki ölkənin hökumətlərarası komissiyasının iclasından sonra açıqlamasında qeyd edib ki, İran qaz hasilatını artırmaq üçün “bütün addımları” atır.
Onun sözlərinə görə, hazırda ölkədə qaz hasilatı rekord səviyyəyə – gündə 750 milyon kubmetrə çatıb. “Lakin ölkəmizdə mövcud olan disbalansa görə ehtiyac olduğundan, biz hələ də Rusiya Federasiyasından qaz idxal etmək üçün imkanlar axtarırıq”, – deyə Paknejad bildirib.
Nazir əlavə edib ki, Tehran İranın neft və qaz yataqlarına investisiya qoymaq və onların işlənməsi ilə maraqlanan Rusiya şirkətlərini alqışlayır.