Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Hörmüzdə yeni sərhədlər təyin etdi

2 dəq
Paylaş:
İran Hörmüzdə yeni sərhədlər təyin etdi

İran hərbçiləri boğazında yeni nəzarət zonasını müəyyənləşdirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələrinin (HDQ) xəritəsinə istinadən məlumat yayıb.

Xəritədə "İranın dəniz qüvvələrinin Hörmüz boğazında yeni nəzarət və idarəetmə sərhədləri" əks olunub - boğazın qərbində zona İranın Keşm adasının qərb ucundan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Umm əl-Kuveyyn şəhərinin şərqində nöqtəyədək uzanan xəttlə məhdudlaşır. Hörmüz boğazının şərqində isə zona İranda Kuh-Mobarak qəsəbəsindən BƏƏ-nin Fuceyra şəhərinin cənubunda yerləşən nöqtəyədək uzanan xəttlə müəyyən olunur.

İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının komandanı Əli Abdullahi bildirib ki, İran ABŞ-yə Hörmüz boğazına yaxınlaşmamaq barədə xəbərdarlıq edib və ABŞ silahlı qüvvələrinə hücum etməyə hazırdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax