Bağdad və Ərbildəki ABŞ bazalarına PUA hücumu qeydə alınıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Sabereen News" məlumat yayıb.
Bildirilib ki, İrana məxsus pilotsuz uçuş aparatı İraqın paytaxtı Bağdad şəhərində yerləşən Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı ABŞ-nin “Viktoriya” hava bazasına zərbə endirib.
Məlumata görə, bir gün əvvəl İran Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları İraqın Ərbil şəhərində yerləşən ABŞ hərbi bazasına da hücum edib.
Hadisələrlə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.