Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran hava limanları: Bütün uçuşlar dayandırıldı

1 dəq
Paylaş:
İran hava limanları: Bütün uçuşlar dayandırıldı

İranın hava limanları bütün uçuşların növbəti xəbərdarlığa qədər ləğv edildiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Məlumata görə, qərar 8 iyun səhəri İsrailin , İsfahan və Təbrizə endirdiyi hava hücumlarından sonra verilib.

Qeyd olunub ki, hücumlardan sonra ölkənin bir sıra hava məkanlarında tədbirləri gücləndirilib və mülki aviasiya fəaliyyətində məhdudiyyətlər tətbiq edilib.

Xatırladaq ki, İsrail və İran aprel ayında əldə olunan atəşkəsdən sonra ilk dəfə iyunun 7-də yenidən hərbi əməliyyatlara başlayıblar. Gərginliyin artmasına İsrailin Beyrutda İranın dəstəklədiyi Hizbullah hərəkatına qarşı həyata keçirdiyi hücumlar səbəb olub. Tehran isə buna cavab tədbirləri görüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax