İran ABŞ Prezidenti Donald Trampın İranın hərbi-dəniz blokadasına dair bəyanatları səbəbindən ABŞ ilə danışıqların növbəti raunduna hələ razılıq verməyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran mediası mənbəyə istinadən məlumat yayıb.
"Trampın İranın hərbi-dəniz blokadası barədə bəyanatı, həmçinin danışıqlar zamanı amerikalıların tələblərinin həddindən artıq çoxluğu səbəbindən İran danışıqların növbəti raunduna hələ razılıq verməyib", - mənbə bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun şişirdilmiş tələblərdən imtina etməsi danışıqların davam etdirilməsi üçün ən vacib şərtdir. Əks halda, "İran yorucu və faydasız danışıqlara vaxt sərf etməyəcək".
"İran pakistanlı vasitəçilər üzərindən ABŞ tərəfini məlumatlandırıb", - o qeyd edib.