Əsas məzmuna keç

Möhsün Paknejad: Xarici qüvvələr bölgəni tərk etməlidir

Möhsün Paknejad: Xarici qüvvələr bölgəni tərk etməlidir

İranın neft naziri Möhsün Paknejad Qərbi Asiyada davamlı sülhün və qlobal enerji təhlükəsizliyinin təmin olunması üçün xarici hərbi mövcudluğun sona çatmasının vacibliyini vurğulayıb.

en ru

İranın naziri Möhsün Qərbi Asiya regionunda sabitliyin və təhlükəsizliyinin təmin olunması ilə bağlı açıqlama verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazir uzunmüddətli regional sabitliyin bərqərar olması və qlobal enerji təchizatının təhlükəsizliyinin təmin edilməsinin xarici hərbi qüvvələrin bölgədən çıxarılması ilə birbaşa bağlı olduğunu bildirib.

Məlumata görə, Möhsün Paknejad bu addımın regionun gələcəyi baxımından həlledici əhəmiyyət daşıdığını vurğulayıb.

Bildirilib ki, İran rəsmisinin fikrincə, regional gərginliyin azaldılması və enerji təhlükəsizliyinin qorunması üçün təkcə xarici qüvvələrin bölgədən çıxarılması deyil, həm də hərbi bazalarının fəaliyyətinə son qoyulması vacibdir.

Qeyd olunub ki, rəsmi Tehran bu cür tədbirlərin regionda və sabitlik mühitinin formalaşmasına töhfə verəcəyini hesab edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…