Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran ABŞ-yə dəstək verən ölkələrə xəbərdarlıq etdi

2 dəq
Paylaş:
İran ABŞ-yə dəstək verən ölkələrə xəbərdarlıq etdi

İran Silahlı Qüvvələrinin "" Mərkəzi Qərargahı ABŞ-yə verən tərəflərlə bağlı sərt bəyanat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Məlumata görə, bəyanatda İranın suverenliyinə və bütövlüyünə qarşı yönəlmiş ABŞ əməliyyatlarına hər hansı formada dəstək verən tərəflərin İran Silahlı Qüvvələri üçün qanuni hədəf hesab olunacağı bildirilib.

Qeyd olunub ki, ölkənin milli təhlükəsizliyinə təhdid yaradan istənilən addıma qəti şəkildə cavab veriləcək.

Xatırladaq ki, son günlər ABŞ və İran arasında gərginlik daha da artıb. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında həyata keçirdiyi əməliyyatlara cavab olaraq bir sıra hədəflərə zərbələr endirdiyini açıqlayıb.

İran isə buna cavab olaraq ABŞ-nin Bəhreyn və Küveytdə yerləşən obyektlərini hədəf aldığını bəyan edib. Rəsmi Tehran Vaşinqtonu hərbi əməliyyatların dayandırılması ilə bağlı mövcud memorandumun şərtlərini pozmaqda ittiham edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax