İsrail bütün mümkün və mümkün olmayan razılaşmaları pozub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian jurnalist Pavel Zarubinə bildirib.
“Mən bunu İsrailə demək istəyirəm: Onsuz da heç nəyi olmayan insanların evlərini bombalamağı dayandırın”, - deyə Pezeşkian vurğulayıb.
İran lideri qeyd edib ki, ABŞ və Avropa İttifaqının dəstəyi ilə İsrail Livan ərazisinə hücumları davam etdirir.