Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Hörmüz boğazını tam bağladı

2 dəq
Paylaş:
İran Hörmüz boğazını tam bağladı

İran, İsrail ilə əlaqəli gəmilərin strateji əhəmiyyətli boğazından keçməsinə tam qadağa qoyduğunu elan edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfüqari rəsmi bəyanatla çıxış edib.

"Düşmən gəmilərinin Hörmüz boğazından keçmək hüququ yoxdur və olmayacaq. Digər gəmilər isə İran İslam Respublikası Silahlı Qüvvələrinin qaydalarına riayət etməklə əvvəlki kimi boğazdan keçmək hüququna malik olacaq", - deyə o bildirib.

ABŞ və İsraillə Münaqişə: Hörmüz Boğazında Atəşkəs və Yeni Qaydalar

Xatırladaq ki, ABŞİsrail fevralın 28-də İrana qarşı əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb.

Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi , Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraqKiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Gərginliyin ardınca İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İran bildirib ki, bu müddət ərzində Hörmüz boğazından təhlükəsiz keçid ölkənin Silahlı Qüvvələri ilə koordinasiya olunmaqla və texniki məhdudiyyətlər nəzərə alınmaqla təmin ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax