Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran ABŞ-yə cavab verdi: Təzyiq altında danışıqlar olmayacaq

1 dəq
Paylaş:
İran ABŞ-yə cavab verdi: Təzyiq altında danışıqlar olmayacaq

İrannın Qahirədəki səfiri Müctəba Firdovsi Pur ABŞ Prezidenti Donald Trampın iddialarına cavab verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində danışıb.

Məlumata görə, səfir İranın heç vaxt təslim olmayacağını və altında aparmayacağını vurğulayıb. O bildirib: “ABŞ-nin bizimlə güc mövqeyindən danışmasına icazə verməyəcəyik. İran heç vaxt təslim olmayacaq və təzyiq və növbəti hücum təhdidləri altında danışıqlar aparmayacaq”.

Bildirilib ki, Tehran Vaşinqtonla mümkün danışıqlarda proqramını və ya regionda dəstəklədiyi silahlı qrupları müzakirə etməyi planlaşdırmır.

Səfir əlavə edib ki, ABŞ İranın proqramı ilə bağlı bütün qanuni hüquqlarına hörmət etməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax