Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran ABŞ-nin hücumlarını sərt şəkildə qınadı: "Müharibə cinayəti törədilib"

2 dəq
Paylaş:
İran ABŞ-nin hücumlarını sərt şəkildə qınadı: "Müharibə cinayəti törədilib"

İran ABŞ-nİn son sutka ərzində həyata keçirdiyi əməliyyatlara rəsmi reaksiya verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Vaşinqtonun həyata keçirdiyi hücumlar kəskin şəkildə pislənib.

Rəsmi Tehran bildirib ki, ABŞ-nİn addımları Təşkilatının Nizamnaməsinə və hüququn əsas prinsiplərinə ziddir.

İran Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, ABŞ qüvvələrinin hədəfə aldığı ərazilər arasında mülki yaşayış məntəqələri də olub. İran tərəfi bu hücumları “” kimi qiymətləndirərək, Vaşinqtonu mövcud razılaşmaları pozmaqda ittiham edib.

Bəyanatda qonşu ölkələrə də xəbərdarlıq edilib. Tehran bildirib ki, dövlətlər öz ərazilərinin İrana qarşı hərbi əməliyyatların həyata keçirilməsi üçün istifadə olunmasının qarşısını almağa borcludurlar.

İran tərəfi həmçinin vurğulayıb ki, ona qarşı həyata keçirilən hücumların mənbəyinə qarşı veriləcək hər hansı cavab tədbiri “qanuni müdafiə” hüququ çərçivəsində qiymətləndiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax