Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Hörmüz boğazının bağlanması iddialarına cavab verdi

1 dəq
Paylaş:
İran Hörmüz boğazının bağlanması iddialarına cavab verdi

İran hakimiyyəti boğazını bağlamayıb və oradan keçən gəmilərlə qarşılıqlı əlaqədə olmağa davam edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın dövlət televiziyasının teleqram kanalı məlumat yayıb.

Xatəm əl-Ənbiya hərbi komandanlığının mərkəzi qərargahının komandir müavini bildirib:

“Biz Hörmüz boğazını bağlamamışıq və oradan keçən gəmilərlə protokollara uyğun olaraq qarşılıqlı əlaqədəyik”.

Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzini Oman və Ərəbistan dənizi ilə birləşdirir və Fars körfəzi ölkələrindən və İranın özündən dünya neft, neft məhsulları və mayeləşdirilmiş təbii qazın (LNG) təxminən 20%-i bu marşrutla daşınır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax