Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran 2026 Dünya Kubokunda iştirak edəcəyini rəsmən açıqladı

2 dəq
Paylaş:
İran 2026 Dünya Kubokunda iştirak edəcəyini rəsmən açıqladı

İran hökumətinin sözçüsü Fatimə Mühacərani ölkə milli komandasının 2026-cı ildə -də keçiriləcək Kubokunda iştirak etməyə hazır olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilib ki, Mühacərani Gənclər və İdman Nazirliyinin məlumatına əsasən, milli komandanın turnirdə uğurlu çıxışı üçün bütün hazırlıq işlərinin görüldüyünü qeyd edib.

Məlumata görə, bundan əvvəl İranın idman naziri Əhməd Donyamali mövcud şəraitdə komandanın turnirdə iştirakının mümkün olmadığını açıqlamışdı. Daha sonra isə İran tərəfi oyunların ABŞ-dən köçürülməsi ilə bağlı FIFA ilə danışıqlara başlayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Tramp İranın turnirdə iştirakını məqsədəuyğun hesab etmədiyini bildirib. Həmçinin martın 27-də İran hakimiyyətinin milli idman komandalarının “dost olmayan ölkələrdə” yarışlara getməsini qadağan etdiyi açıqlanmışdı.

Bildirilib ki, 2026-cı il FIFA Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. İran millisi turnirə vəsiqə qazanaraq Belçika, Misir və Yeni Zelandiya ilə birlikdə G qrupunda yer alıb. Komandanın oyunlarının ABŞ-də keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, daha əvvəl ABŞ-də bəzi dairələr İranın əvəzinə İtaliyanın turnirə qatılması ilə bağlı təklif irəli sürmüşdü.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax