Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

FIFA prezidenti İranın Dünya Kubokunda iştirakını təsdiqlədi

2 dəq
Paylaş:
FIFA prezidenti İranın Dünya Kubokunda iştirakını təsdiqlədi

FİFA prezidenti İnfantino İran milli komandasının Kubokunda iştirak etməli olduğunu bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

İnfantino qeyd edib: “Əlbəttə ki, İran gəlməlidir. Onlar öz millətlərini təmsil edirlər. Onlar vəsiqə qazanıblar. Oyunçular oynamaq istəyirlər”.

Bildirilib ki, Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində , Kanada və Meksikada keçiriləcək. Daha əvvəl Yaxın Şərqdə artan və ABŞ-nin münaqişədə iştirakı fonunda İran millisinin turnirdən kənarda qala biləcəyi iddia olunurdu.

Məlumatlara görə, İran tərəfi FİFA ilə komandanın oyunlarının ABŞ ərazisindən Meksikaya köçürülməsi məsələsini də müzakirə edib.

Qeyd edək ki, İtaliya millisi 31 martda Avropa seçmə mərhələsinin pley-off finalında Bosniya və Herseqovinaya penaltilərdə məğlub olaraq ardıcıl üçüncü dəfə Dünya Kubokundan kənarda qalıb. millisi isə FİFA və UEFA tərəfindən 2022-ci ildə tətbiq olunan sanksiyalar səbəbindən turnirdə iştirak etmir.

Xatırladaq ki, 2026-cı il Dünya Kubokunun bütün iştirakçıları artıq müəyyənləşib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax