İran ABŞ-nin son hərəkətlərini “müharibə cinayəti” kimi qiymətləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsəni Ejei açıqlama verib.
Bildirilib ki, ABŞ-nin İran limanlarını və sahillərini blokadaya alması, həmçinin Oman dənizində İran ticarət gəmisinə hücumu atəşkəsin pozulması kimi qiymətləndirilir. Onun sözlərinə görə, bu addımlar beynəlxalq hüquqa ziddir və “müharibə cinayəti” hesab olunur.
Qulamhüseyn Möhsəni Ejei vurğulayıb ki, İran bu cür addımlara mütləq cavab verəcək.
O, həmçinin ABŞ və İsrail tərəfindən gələcək hücumların ehtimalının yüksək olduğunu qeyd edib və ölkənin bu risklərə qarşı hazırlıqlı olmasının vacibliyini bildirib.