Əsas məzmuna keç

İran müharibəsi niyə dünya üçün daha təhlükəli hala gəlir?

İran müharibəsi niyə dünya üçün daha təhlükəli hala gəlir?

Tomas Fridman asimmetrik münaqişələrin yeni dövrünü təhlil edir: Donald Trampın sanksiyaları, Hörmüz boğazı və dron hücumları qlobal sistemi necə sarsıdır?

ru en

“New York Times” qəzetinin köşə yazarı Tomas öz rəy məqaləsində İranla bağlı müharibənin müasir döyüşlərin dəyişən xarakterini ortaya qoyduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, Fridman yazısında kiçik güclərin ucuz dronlar, kiber alətlər və kimi strateji keçidlər vasitəsilə daha güclü ordulara və iqtisadi sistemlərə təsir göstərə bildiyini qeyd edib.

O, ABŞ Prezidenti Trampın İran neft ixracına qarşı təzyiq siyasətinin Tehranı danışıqlara məcbur edə biləcəyini düşündüyünü, lakin İranın isə Hörmüz boğazı üzərindən təzyiq göstərərək enerji qiymətlərini artırmaqla Vaşinqtonu geri çəkilməyə vadar etməyə çalışa biləcəyini yazıb.

Fridman daha geniş nəticə olaraq müharibənin artıq ənənəvi güc balansı ilə məhdudlaşmadığını, asimmetrik müharibənin yeni mərhələyə keçdiyini vurğulayıb. Onun sözlərinə görə, dövlətlər və qeyri-dövlət aktorları nisbətən ucuz vasitələrlə belə ciddi iqtisadi və infrastruktur zərərləri yarada bilirlər.

Köşə yazarı İranın BƏƏ və Bəhreyndə bəzi hədəflərə dronlarla hücumlarını nümunə göstərərək, bu cür əməliyyatların aşağı xərclə böyük pozuntular yaratdığını qeyd edib və bunu Ukraynanın daxilində dron hücumları, həmçinin HƏMAS-ın İsrailə qarşı raket istifadəsi ilə müqayisə edib.

O həmçinin süni intellektin bu tendensiyanı daha da gücləndirə biləcəyini, kiberhücumları daha ucuz, sürətli və muxtar hala gətirərək kiçik aktorlara daha geniş imkanlar verə biləcəyini bildirib. Fridman xəbərdarlıq edib ki, bu dəyişikliklər gələcək münaqişələri daha da təhlükəli mərhələyə daşıya bilər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…