Əsas məzmuna keç

İran müharibəni nə vaxt dayandıracaq? – Generalın şərti

İran müharibəni nə vaxt dayandıracaq? – Generalın şərti

General Məhəmməd Əkrəminiya Tehranın ABŞ və İsrailə qarşı strateji planını açıqladı. Çəkindiricilik gücünü artırmaq və yeni hücumları önləmək üçün əsas şərt nədir?

en ru

"Gələcək hücumların qarşısını almaq üçün peşman olacağı nöqtəyə çatdırana qədər müharibəni davam etdirəcəklər”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İran Ordusunun sözçüsü, briqada generalı Əkrəminiya deyib.

O ABŞ-İsrailin İrana qarşı müharibədə məqsədlərinə çata bilmədiyini qeyd edib:

“Qarşı tərəfin müharibədə məqsədlərinə çatmadığını və əslində məğlubiyyətə uğradığını qəti şəkildə deyə bilərik. Müharibənin davam etdirilməsinin məqsədi düşməni həqiqi peşmanlıq hiss edəcəyi bir nöqtəyə gətirməkdir. Bu, bəziləri tərəfindən emosional yanaşma kimi qəbul oluna bilər, lakin əslində tamamilə strateji rasional düşüncəyə əsaslanır”.

“Düşməni bu nöqtəyə çatdırmaq gələcəkdə müharibənin təkrarlanmasının qarşısını almaq üçün zəruridir. Çünki bu məqsədə nail olunarsa, çəkindiricilik səviyyəsi elə artacaq ki, düşmən bir daha ölkəyə qarşı hərəkət etməyə cəsarət etməyəcək", - o əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…