İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai İslam Respublikasının nüvə proqramı, qitələrarası ballistik raketləri və son iğtişaşlar zamanı həlak olanların sayı ilə bağlı yayılan məlumatları kəskin şəkildə təkzib edib.
"Operativ Məlumat Mərkəzi-OMM" "IRNA" xəbər agentliyinə istinadən xəbər verir ki, rəsmi nümayəndə bu iddiaları "böyük yalanlar" adlandırıb.
Baqai qeyd edib ki, uydurma rəvayətlərdən ölkəyə qarşı düşmənçilik xarakterli təbliğat kampaniyasını gücləndirmək üçün istifadə olunur.
Onun sözlərinə görə, bu cür dezinformasiyalar beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.