Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran ABŞ-nin hərbi obyektlərinə cavab zərbələri endirdi

2 dəq
Paylaş:
İran ABŞ-nin hərbi obyektlərinə cavab zərbələri endirdi

Yaxın Şərqdə gərginlik yenidən artıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu () ABŞ-nin bölgədə obyektlərinə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "Tasnim" agentliyinin yaydığı məlumata görə, SEPAH bu əməliyyatın ABŞ-nin İranın sahil ərazilərində hərbi və mülki obyektlərə endirdiyi aviazərbələrə cavab olaraq keçirildiyini bildirib.

SEPAH-ın yaydığı rəsmi açıqlamada qeyd olunub ki, ABŞ qüvvələri səhər saatlarında atəşkəs rejimini pozaraq Hörmüzqan və Mahşəhr əyalətlərinin sahil zolağında yerləşən hərbi bazalara və mülki obyektlərə hücum edib. Bildirilir ki, buna cavab olaraq İranın hərbi-dəniz qüvvələri və hava-kosmik bölmələri koordinasiyalı keçirərək ABŞ-yə məxsus 85 strateji hərbi obyekti hədəfə alıb.

Açıqlamaya əsasən, zərbələrin endirildiyi əsas hədəflər sırasında Salman limanındakı hərbi obyektlər, Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının bazası və Küveytdəki "Əli əl-Salem" aviabazası yer alıb.

SEPAH həmçinin bildirib ki, qarşıdurma zamanı Buşəhr əyalətinin Xormuc şəhəri üzərində uçuş həyata keçirən ABŞ-yə məxsus "MQ-9" tipli pilotsuz uçuş aparatı vurulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax