Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran və ABŞ nüvə danışıqlarında yeni təklifləri müzakirə edir

2 dəq
Paylaş:
İran və ABŞ nüvə danışıqlarında yeni təklifləri müzakirə edir

İran İslamabadda ABŞ ilə aparılan danışıqlarda uranın zənginləşdirilməsini müvəqqəti dayandırmağı edib.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə "The New York Times" İran və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, fevral ayında Cenevrədə keçirilən görüşlərdə də oxşar təşəbbüslə çıxış edib. Bundan sonra ABŞ Prezidenti Donald Trump İrana qarşı başlatmaq qərarı verib.

Pakistanda keçirilən son danışıqlarda isə ABŞ tərəfi İrana uranın zənginləşdirilməsinə 20 illik moratorium tətbiq etməyi təklif edib.

Qəzet qeyd edir ki, nüvə proqramının dayandırılması müddəti ilə bağlı müzakirələrin aparılması tərəflərin müəyyən razılığa gəlmək ehtimalının olduğunu göstərir.

Ağ Ev rəsmiləri bildiriblər ki, hələlik konkret razılıq əldə olunmasa da, danışıqların yeni mərhələsi müzakirə edilir.

Daha əvvəl "Axios" xəbər vermişdi ki, Tehran uranın zənginləşdirilməsinin 10 ildən az müddətə dondurulmasını nəzərdə tutan təşəbbüs irəli sürüb.

Aprelin 11-də İran və ABŞ İslamabad şəhərində bir neçə raund danışıqlar keçiriblər. İran nümayəndə heyətinə Parlamentin sədri Məhəmməd Bağır , ABŞ nümayəndə heyətinə isə Vitse- C.D. Vance rəhbərlik edib.

Tərəflər sonradan bildiriblər ki, bir sıra fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılıq əldə olunmayıb.

Tehran və Vaşinqton arasında dialoqun gələcək perspektivləri isə hələlik qeyri-müəyyən olaraq qalır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax