Əsas məzmuna keç

İran Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Qırmızı dənizə daxil olub

İran Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Qırmızı dənizə daxil olub

İranın "" esmines ordu donanmasının 94-cü eskadrilyasının tərkibində Bab əl-Məndəb boğazını keçərək Qırmızı dənizə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Esminesin Qırmızı dənizə göndərilməsinin səbəbləri açıqlanmayıb. Agentliyin məlumatına görə, İranın hərbi gəmiləri gəmilərin təhlükəsizliyini təmin etmək və quldurları ilə mübarizə məqsədilə 1988-ci ildən beynəlxalq sularda fəaliyyət göstərir.

İsrail və radikal Fələstinin HƏMAS hərəkatı arasında gedən müharibə fonunda Qırmızı dənizdə beynəlxalq sularda hərəkət edən gəmilərə hücumlar son aylarda artıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…