İranın xarici işlər naziri Abbas Araqçı ölkəsinin xarici müdaxilələrdən özünü müdafiə edəcəyinə əminlik verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Araqçı Amerika rəsmilərinin "təxribatçı açıqlamalarına" istinad edərək, bunu İranın daxili işlərinə açıq müdaxilə hesab edib, İran xalqının ölkənin milli suverenliyini və təhlükəsizliyini hər hansı bir şər və xarici müdaxilədən qorumaq əzmini vurğulayıb.
İrandakı iğtişaşlardan danışan Araqçı xalqın və təhlükəsizlik qüvvələrinin sayıqlığı sayəsində sakitliyin hökm sürdüyünü vurğulayıb.
O həmçinin özünün "Telegram" kanalında türk və fransız həmkarları ilə telefon danışıqları barədə məlumat yayıb.