Əsas məzmuna keç

İranın XİN rəhbəri ali liderin səhhəti ilə bağlı açıqlama verib

İranın XİN rəhbəri ali liderin səhhəti ilə bağlı açıqlama verib

Abbas Araqçı ali liderin vəziyyətinin stabil olduğunu və onun öz vəzifələrini icra etməyə davam etdiyini bildirib.

ru en

İranın naziri Abbas Araqçı ölkənin ali liderinin barədə məlumatlara aydınlıq gətirib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, "Al Jazeera" telekanalına müsahibə verən nazir bildirib ki, tamamilə sağlamdır və vəziyyətə tam nəzarət edir.

Araqçının sözlərinə görə, liderin səhhəti ilə bağlı narahatlığa heç bir əsas yoxdur:

"Məndə olan məlumata görə, onda yalnız yüngül zədələr olub və o, hazırda tamamilə sağlamdır".

Nazir vurğulayıb ki, bu məlumatlar tam dürüstür və lider öz vəzifələrini yerinə yetirməkdədir.

Qeyd edək ki, bundan əvvəl "Reuters" agentliyi ali liderin ABŞ və İsrailə qarşı kəskin mövqe nümayiş etdirdiyini və müharibəni dayandırmaq niyyətində olmadığını iddia etmişdi.

Mənbələr onun bu iki ölkəyə münasibətinin "çox sərt və ciddi" olduğunu, həmçinin qisas almaq niyyətində olduğunu bildirmişdilər.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…