Əsas məzmuna keç

İran Fars körfəzi ölkələrinin enerji obyektlərinə yeni raket zərbələri endirib

İran Fars körfəzi ölkələrinin enerji obyektlərinə yeni raket zərbələri endirib

Rəsmi Tehran region ölkələrindəki enerji infrastrukturunu hədəf aldığını və yeni hücum dalğasının başladığını bəyan edib.

en ru

İran dövlət televiziyası sahilində yerləşən ölkələrin obyektlərinə qarşı yeni hücumlarının başladığını elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, zərbələr İrana qarşı hücumlara ev sahibliyi edən körfəz ölkələrinin infrastrukturuna yönəlib.

Yeni hücum dalğası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində ölkələrinin son gərginliyi müzakirə etdiyi toplantıdan dərhal sonra baş verib.

Toplantı zamanı Səudiyyə Ərəbistanının naziri Faysal bin Ferhan kəskin bəyanatla çıxış edərək bildirib:

"Əgər İran körfəz ölkələrinin cavab vermək gücündə olmadığını düşünürsə, bu, yanlış bir hesablamadır".

Qeyd edək ki, hadisələrin kəskinləşməsinə səbəb ABŞ və İsrailin "İran"a məxsus "Aseluye" neft emalı zavodu və "Cənub Pars" təbii qaz yatağına təşkil etdiyi hücumlar olub.

Hazırda regionda hərbi gərginlik ən yüksək həddə çatıb və enerji bazarlarında ciddi narahatlıq müşahidə olunur.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…