İranda internet məhdudiyyətləri ilə bağlı yeni məlumat yayılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, internet monitorinq şirkəti "NetBlocks" bildirib ki, ölkədə internet kəsintisinin 76-cı gününə daxil olunduğu qeydə alınıb.
Məlumata əsasən, 1800 saatlıq fasilədən sonra da internetə tam çıxışın bərpa olunmadığı qeyd edilir.
Şirkətin “X” platformasında yayılan paylaşımında bildirilir ki, internetə çıxışın məhdudlaşdırılması nəticəsində yalnız müəyyən qruplara giriş imkanı verilir, geniş ictimaiyyət isə informasiya axınından kənarda qalır.
Qeyd olunub ki, bu vəziyyətin “sinif əsaslı pilləli sistem” formalaşdırdığı iddia edilir.