Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran XİN Oman dənizində ABŞ-nin hücumunu sərt pisləyib

2 dəq
Paylaş:
İran XİN Oman dənizində ABŞ-nin hücumunu sərt pisləyib

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Oman dənizində, ölkənin ərazi sularının yaxınlığında ABŞ tərəfindən İranın "Touska" ticarət gəmisinə edilən qeyri-qanuni və cinayətkar əməl adlandıraraq sərt şəkildə pisləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə, bu hüquq normalarını, BMT Nizamnaməsini və son atəşkəs razılaşmasını kobud şəkildə pozur.

Qeyd olunub ki, hadisə zamanı gəmi heyəti və onların ailə üzvləri qorxudularaq götürülüb.

İran XİN-in bəyanatında deyilir:

“BMT, Şurası və Beynəlxalq Dəniz Təşkilatı bu hücumu dərhal qınamalıdır. Gəminin və göyərtədəki hər kəsin azad edilməsi üçün təcili tədbirlər görülməlidir”.

Bəyanatın sonunda vurğulanıb ki, bu təhlükəli eskalasiyanın nəticələrinə görə tam məsuliyyəti ABŞ daşıyır və İran öz suverenliyini müdafiə etmək, vətəndaşlarının hüquqlarını qorumaq üçün bütün mövcud vasitələrdən istifadə edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax