Əsas məzmuna keç

İran Bəhreyn və Səudiyyə Ərəbistanındakı ABŞ obyektlərinə hücum etdi

İran Bəhreyn və Səudiyyə Ərəbistanındakı ABŞ obyektlərinə hücum etdi

Bəhreyn və Səudiyyə Ərəbistanında ABŞ-yə məxsus hərbi və diplomatik obyektlər pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb, Pentaqon əməkdaşları xəsarət alıb.

en ru

Bəhreyndə pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində Müdafiə Nazirliyinin iki əməkdaşı yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "The Washington Post" qəzetinə istinadən xəbər verir ki, PUA nazirlik əməkdaşlarının yerləşdiyi otelə zərbə endirib.

Eyni zamanda, İranın dövlət televiziyası SEPAH-ın (İslam İnqilabı Keçşikçiləri Korpusu) Bəhreyndəki ABŞ aviabazasına hücum etdiyini bildirib.

Paralel olaraq, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində yerləşən ABŞ səfirliyində PUA partlayışından sonra yanğın baş verib.

diplomatik nümayəndəliyə hücum faktını təsdiqləyərək, dəymiş ziyanın cüzi olduğunu qeyd edib.

ABŞ Prezidenti hücumlardan sonra "NewsNation" kanalına verdiyi açıqlamada cavab tədbirlərinin gecikməyəcəyini vurğulayıb.

O, ABŞ obyektlərinə və ya ərazisinə edilən hücumları müharibənin bir hissəsi kimi qiymətləndirib:

"İnsanların xoşuna gəlsə də, gəlməsə də, bu, müharibənin bir hissəsidir. Tezliklə cavabımızın necə olacağını öyrənəcəksiniz".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…