Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran və ABŞ arasında razılaşma: Aktivlərin dondurulması prosesi başlayır

2 dəq
Paylaş:
İran və ABŞ arasında razılaşma: Aktivlərin dondurulması prosesi başlayır

İran İslam Respublikası Xarici İşlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, ölkənin dondurulmuş aktivlərinin sərbəst buraxılması istiqamətində razılaşmanın icrası artıq operativ mərhələyə daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rəsmi şəxsin sözlərinə görə, bu çərçivədə Hörmüz boğazından gəmilərin təhlükəsiz keçid mexanizmi təsdiqlənib.

Həmçinin, Pakistan və Qətərin iştirakı ilə Livan ərazisində münaqişələrin qarşısının alınması üçün xüsusi qrupun yaradılması barədə qərar qəbul edilib.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi texniki danışıqların yekunu olaraq dörd ixtisaslaşmış qrupunun formalaşdırıldığını qeyd edib.

Qurumun yaydığı məlumata əsasən, bu qruplar aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərəcək:

  • Sanksiyaların ləğvi üzrə işçi ;
  • Nüvə məsələləri üzrə işçi qrup;
  • İqtisadi inkişaf və yenidənqurma üzrə işçi qrup;
  • Monitorinq üzrə işçi qrup.

Xatırladaq ki, iyunun 18-nə keçən gecə İran və arasında distant qaydada memorandum imzalanıb.

Sənəd fevralın 28-dən bəri davam edən qarşıdurmanın başa çatmasını nəzərdə tutur.

Memorandum həmçinin ABŞ-nin dəniz blokadasını qaldıracağı, İranın isə Hörmüz boğazında gəmiçiliyi tam bərpa edəcəyi konkret vaxt çərçivələrini müəyyən edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax