İran və Rusiya Oman körfəzində və Hind okeanının şimal hissəsində birgə hərbi-dəniz təlimləri həyata keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "The Hill" nəşri yayımlayıb.
Məlumata əsasən, rusiyalı dənizçilər iranlı həmkarları ilə birlikdə əməliyyat koordinasiyasını təkmilləşdirmək və hərbi təcrübə mübadiləsi aparmaq məqsədilə manevrlər icra ediblər.
İran Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Hassan Maqsudlu bildirib ki, təlimlər regionda təhlükəsizliyin möhkəmləndirilməsinə və iki ölkə arasında davamlı dəniz əməkdaşlığının inkişafına yönəlib.
Həmçinin qeyd olunur ki, Rusiya ilə birgə manevrlərdən öncə İran tərəfi fərdi hərbi təlimlər keçirərək Hörmüz boğazı istiqamətində beş raket buraxılışı reallaşdırıb.
Bu hərbi aktivlik ABŞ Prezidenti Donald Truampın son bəyanatları ilə eyni vaxta təsadüf edir. Xatırladaq ki, Ağ Ev rəhbəri İrana yeni saziş bağlamaq üçün maksimum 10-15 gün vaxt tanıdığını qəti şəkildə vurğulamışdı.