Operativ Məlumat Mərkəzi

İran ABŞ-ni tənqid edib

3 dəq
Paylaş:
İran ABŞ-ni tənqid edib
ölkənin XİN Hüseyn Əmirabdullahiyan müharibənin nəticələrinin ən qabarıq şəkildə göz qabağında olduğu bir vaxtda, atəşkəsin əleyhinə çıxmağı “əsrin...

İran Qəzzada təcili atəşkəslə bağlı BMT TŞ-də irəli sürülən qətnaməyə veto qoyan ABŞ-nin bu addımını sərt şəkildə tənqid edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin XİN Hüseyn Əmirabdullahiyan müharibənin nəticələrinin ən qabarıq şəkildə göz qabağında olduğu bir vaxtda, atəşkəsin əleyhinə çıxmağı “əsrin diplomatik fəlakəti” adlandırıb.

Əmirabdullahianın sözlərinə görə, BMT TŞ-də 15 üzv ölkədən yalnız 1-inin bu cür addım atmasının hər bir şeyi açıqladığından xəbər verdiyini qeyd edib:

“3-cü dəfədir ki, onminlərlə insanın bir neçə ay ərzində öldüyü Fələstin torpağında atəşkəs tələb edən qətnamələri 15 üzv dövlətdən yalnız 1-i bloklayır. Bu da ondan xəbər verir ki, onlar fərqli məqsəd güdürlər. Müharibənin davam etməsini, fələstinlilərin əziyyət çəkməsini, başqa sözlə, soyqırımını dəstəkləyrlər. Fələstinlilərə qarşı müharibə cinayətlərində ABŞ də İsrail qədər məsuliyyət daşıyır”

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani də yazılı açıqlamasında ABŞ-nin atəşkəs tələb edən qərara veto qoymasını pisləyib.

Kənaninin sözlərinə görə, ABŞ bir daha sübut etdi ki, o, Qəzzada davam edən humanitar böhranın həlli üçün yox, əksinə problemlərin davam etməsi və bölgəyə yayılması üçün çalışır.

Kənani beynəlxalq ictimaiyyəti fələstinlilərə qarşı "davam edən soyqırım qarşısında səssiz qalmamağa" çağırıb və beynəlxalq ictimaiyyətin ABŞ-ın "birtərəfli hərəkətləri ilə regional və beynəlxalq təhlükəsizlik və sülhü təhlükəyə atmasına icazə verməməli olduğunu" bildirib.

Qeyd edək ki, Əlcəzairin təklif etdiyi Qəzzada dərhal və daimi atəşkəs nəzərdə tutan qanun layihəsini 15 üzv ölkənin 13-ü dəstəkləyib, B.Britaniya tərəfsiz qalıb. Qanun layihəsinə veto qoyan yeganə ölkə ABŞ olub.

ABŞ-nin BMT-dəki səfiri Tomas Linda Qrinfild, hazırki şəraitdə ABŞ-nin daimi yox, müvəqqəti atəşkəsi hədəflədiyini və yaxın günlərdə Qəzzada 6 həftəlik humanitar fasilə ilə bağlı qətnamənin irəli sürüləcəyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər