Əsas məzmuna keç

İran ABŞ ilə münasibətləri düzəltmək üçün yeni təkliflər irəli sürüb

İran ABŞ ilə münasibətləri düzəltmək üçün yeni təkliflər irəli sürüb

Tehran rəsmi Vaşinqtona neft-qaz sektorunda investisiya imkanları və Amerika təyyarələrinin satınalınmasını təklif edib.

en ru

İran tərəfi ilə münasibətləri normallaşdırmaq məqsədilə Oman vasitəsilə keçirilən danışıqlarda mühüm təkliflərlə çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı diplomatik mənbələrə istinadən "CBS News" telekanalı yayıb.

Məlumata görə, administrasiyası yaxınlaşma addımı kimi ABŞ istehsalı olan təyyarələri almağa hazır olduğunu bildirib.

Bundan əlavə, İranın və yataqlarına çıxış imkanları, habelə bu sahədə birgə investisiya layihələri təklif olunub.

Danışıqlar zamanı İran nümayəndələri ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffa müzakirə mövzularını qruplaşdırmağı tövsiyə ediblər. Təklifə əsasən, nüvə proqramı üzrə danışıqlar digər mübahisəli məsələlərdən — raket proqramı və regiondakı silahlı qruplaşmalara dəstək mövzularından ayrılmalıdır.

Xatırladaq ki, ABŞ Prezidenti İranla yeni sazişin bağlanması üçün maksimum 15 gün vaxt qaldığını bəyan etmişdi. O, bu müddətin tərəflər arasında razılığın əldə olunması üçün həlledici olduğunu vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…