İran 18 minə yaxın qeyri-qanuni əfqan miqrantı ölkələrinə deportasiya etdiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" "Mehr" xəbər agentliyinə istinadən xəbər verir ki. Xorasan Rezevi vilayətinin Polis Xidmətinin rəisi Məcid Şoca ölkənin müxtəlif bölgələrində sərhədçilər və polis qrupları tərəfindən aşkarlanan 17 926 qeyri-qanuni əfqan immiqrantın deportasiya edildiyini bildirib.
İranın daxili işlər naziri Əhməd Vahidi ölkədəki əfqan mühacirlərin sayının 5 milyondan çox olduğunu qeyd edib.